Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti püşkatma keçirəcək

Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilmiş yaşayış binaları kompleksində məcburi köçkün ailələrə yeni mənzillər verilir. Bununla əlaqədar  olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 27-də saat 10:00-da Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Evində növbəti püşkatma keçirəcək.

Püşkatma Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçısı aparatıının və ictimaiyyətin nümayəndələri iştirak edəcək.

Püşkatma Sumqayıt mehmanxanasında müvəqqəti məskunlaşmış 120 məcburi köçkün ailəsi arasında keçiriləcək. Onlar mövcud qaydalar əsasında, əvvəlcədən ayrılmış otaq sayı üzrə köçəcəkləri bina və mənzilin nömrəsini müəyyənləşdirəcək.

Sumqayıtda ötən il dekabrın 27-də açılışı olmuş kompleks xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 ailə üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31