Sosial müavinətlər üzrə artımlar aprelin 1-dən veriləcək

"Qanun layihələri parlamentə təqdim ediləcək. Bu il aprelin 1-dən sosial müavinətlər üzrə artımlar əhaliyə veriləcək". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla bağlı keçirdiyi mətbuat konfransında deyib.  S. Babayev bildirib ki, son sərəncam 576  min 842 insanı əhatə edir: "Bu məqsədlər üçün illik 399 milyon 843 min manat, cari ilin 9 ayında isə 302 milyon 134 min manat ayrılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31