"Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması" mövzusunda seminar keçirilir
25 Fevral 2019 18:12 SosialFevralın 25-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Sərnişinlər üzərində səmərəli gömrük nəzarətinin aparılması" mövzusunda seminar başlayıb. DGK-dan "Olaylar"a bildirilib ki, seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25-dən çox əməkdaşı iştirak edir.Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi tərəfindən təşkil olunan seminarın məqsədi Avropa Birliyinin gömrük nəzarəti sahəsində ən yaxşı təcrübələrinə əsaslanaraq Azərbaycan gömrük orqanlarına sərhəd nəzarətinin, sərnişinlər və onların baqajları üzərində gömrük nəzarətinin sadələşdirilməsi və asanlaşdırılması ilə bağlı məsləhətlər vermək, həmçinin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq etməkdir.
Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Estoniya Respublikasının Vergi və Gömrük Şurasının Şərq Gömrük İdarəsinin baş inspektoru Nikolai Voronin, İtaliya Gömrük və İnkişaf Agentliyinin Domodossola Dəmiryol Xidməti-Gömrük İdarəsinin əməkdaşı Adriana Minoggio, Litva Respublikasının Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin baş inspektoru Ruta Petkeviçiute iştirak edib. Mərasimdə DGK Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov ekspertlərin öz təcrübəsini Azərbaycan gömrükçüləri ilə paylaşmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, son 4 ay ərzində Dövlət Gömrük Komitəsinin iştirakı ilə sərhəd-buraxılış məntəqələrinin işinin təşkili mövzusunda 10-dan çox tədbir keçirilib və bu seminar da ümumi işə öz töhfəsini verəcək.