Bu yolda hərəkət məhdudlaşdırılır
22 Fevral 2019 14:29 SosialAparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov prospektində Dəmiryolu stansiyasından Sabunçu İcra Hakimiyyətinə doğru olan istiqamətdə hərəkət qısa müddətlik məhdudlaşdırılır. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq əks istiqamət üzrə ikitərəfli olmaqla təmin olunacaq: "Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31