Gəncə şəhərində cərrahiyyə konfransı keçiriləcək
22 Fevral 2019 12:22 SosialFevralın 23-də Gəncə şəhərində 1-ci Azərbaycan Türkiyə Hepato-Pankreato-biliar Cərrahiyyə Konfransı keçiriləcək. Konfransın təşkilində əsas məqsəd Hepato-pankreatobiliar cərrahiyyənin inkişafında Türkiyə-Azərbaycan qarşılıqlı əməkdaşlığının rolunu göstərmək bu mövzu ətrafında müzakirələr aparmaqdır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə Terapiya, Qastoenterologiya, Ümumi cərrahiyyə, Həkim-terapevtlər, həkim-qastroenteroloqlar, həkim-ümumi cərrahların iştirakı ilə keçəcək konfrans Səhiyyə Nazirliyi, ATU, Gəncə Beynəlxalq Xəstəxanası, Türkiyə HPB dərnəyinin təşkilatı dəstəyi ilə təşkil olunacaq. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31