“8 milyon verməsən, intim videonu… ” – Erməni məşhuru şantaj edir
17 Yanvar 2019 12:25 SosialMəşhur amerikalı müğənni Mariya Kerri keçmiş erməni köməkçisini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, müğənni keçmiş köməkçisi Lianna Azaryanı intim video-görüntülərini yayımlamaqda ittiham edib.
Mariya Kerri iddia edir ki, Azaryan intim videolar vasitəsilə onu şantaj edərək, karyerasını təhlükə qarşısında qoyur:
"Erməni qadın susmaq üçün çox şey istəyir: 8 milyon dollar... Yeri gəlmişkən, həmin videoda hansı görüntünün olduğu məlum deyil, ancaq "seks videosu" - "intim" deyilir.
Azaryan məni həmin görüntünü mediaya satmaqla təhdid edirsə, çox güman ki, içində intim görüntülər olmamış deyil".
Mariya Kerri iddia edir ki, Lianna Azaryan məlum videonu onun yaxın tanışlarına göstərib.
Mariya keçmiş köməkçisinə qarşı açdığı 3 milyonluq təzminat məhkəməsinin də nəticəsiz olduğunu bildirib: "Azaryan həmişə mənə qarşı pis niyyətli olub. Özünə paltar almaq üçün kredit kartlarımdan, bonuslarım və endirim kartlarımdan sui-istifadə edirdi".
Mariya erməni Azaryana işinə görə ildə 327 min dollar pul ödəyib. Lakin şantaja başladıqdan - özünə qarşı xəyanətkar davranışlara yol verdikdən sonra keçən il Lianna Azaryanı işdən qovub.