Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazir Şahin Mustafayevin yanvarın 18-də Qazaxda (Ağstafa, Tovuz və Qazax rayonlarını əhatə etməklə) keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31