Acunun iclaslara gecikmə səbəbini bilsəniz, güləcəksiniz
17 Yanvar 2019 09:32 SosialŞeyma Subaşıdan boşandıqdan sonra adı model İtır Esenlə hallanan aparıcı-prodüser Acun İlıcalı haqda maraqlı fakt ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acunun "playstation" həvəskarı olduğu bildirilir.
Məlumata görə, İlıcalı o qədər oyun aludəçisidir ki, hətta bu səbəbdən dəfələrlə iclaslara da gecikir. O, evinə qonaq gələnləri "playstation" oynamadan yola salmır.
Qeyd edək ki, Şeyma da müsahibələrindən birində qızı Melisanı dünyaya gətirdiyi gecə Acunla "playstation" oynayıb yuxuya getdiyi üçün əlaqə saxlaya bilmədiyini söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31