“Tros” Qüdrətin başı dərddə

Korrupsiya ilə bağlı iki istiqamətdə araşdırma aparılır

 Korrupsiya ilə bağlı iki istiqamətdə araşdırma aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyində yoxlamalar davam edir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir: "Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır". Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ötən il oktyabrın əvvəlində "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb. Bir neçə il öncə o, qızının 400 min manata dəyərindəki dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Keçmiş kürəkəni Elşən Əsgərli məmuru dövlət əmlakını mənimsəməkdə ittiham edirdi. Adi bir məmurun qızına yüz minlərlə dollar xərcləyərək milyonçulara layiq toy etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31