“Kral”ın enerji oğurluğunun üstü açılıb

"Azərişıq" ASC-nin  əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən "Kral" şadlıq evində "Elektrik Enerjisindən istifadə Qaydaları"na uyğun baxış keçiriblər. "Olaylar" xəbər verir ki, ASC-dən verilən məlumata görə, verilən məlumata görə, baxış zamanı məlum olub ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti  binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd  160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib. Hazırda "Kral" şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb."Azərişıq" ASC  bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək. "Azərişıq" ASC əməkdaşları mütəmadi olaraq "Elektrik Enerjisindən istifadə Qaydaları"na uyğun yoxlamalarını davam etdirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31