Professor Aygün Attar və Sinan Oğan Atatürk Liseyində
15 Yanvar 2019 18:27 SosialTürkiyənin Giresun Üniversitetinin keçmiş rektoru professor Aygün Attar və 24-cü dönəm İqdırdan Böyük Millət Məclisinə deputat seçilmiş doktor Sinan Oğan Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində olublar. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan və liseyin müdiri Eylem Gültekinlə görüşüb, təhsil ocağının fəaliyyəti ilə maraqlanıblar. Professor Aygün Attar və Sinan Oğan TDAV-ın qurucusu mərhum Turan Yazganla bağlı xatirələrini bölüşüblər.
Qonaqlar belə bir təhsil ocağında olmaqdan çox qürur duyduqlarını ifadə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31