“Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” – Yeni layihə
15 Yanvar 2019 15:37 Sosial"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində 10-11-12 yanvar 2019-cu ildə Satlı rayonunda yerli QHT nümayəndələrin iştiraki ilə "Komanda Qurulucuğu" mövzusunda 3 günlük təlim keçirilib.
Təlim zamanı bir sıra mövzular haqqında müzakirələr aparılıb, məsləhətlər verilib.
Tədbir, komanda ruhu, komanda birliyi yaratmaq; əməkdaşlar arasında rəqabət hissini əməkdaşlıq hissi ilə əvəz etmək; komanda üzvləri arasında qarşılıqlı əlaqəni təmin etmək; komanda daxilində inam və anlaşmanı inkişaf etdirmək; motivasiyanı yüksəltmək; əməkdaşların psixoloji düşüncələrini inkişaf etdirmək; mövcud şəraitə uyğunlaşmaq və adaptasiyanı təmin etmək; aydın və razılaşdırılan məqsədlər; açıqlıq və üzləşmə; dəstək və etibar; kooperasiya və konflikt; aəs-küylü iş və qərar qəbul etmə; müvafiq liderlik; düzgün icmal; fərdi inkişaf; qrup daxili münasibətlər və bir sıra digər mövzuları əhatə edib.