Azərbaycanda çəkisi 2 kiloqram olan qeyri-adi meyvə yetişdirilib - Fotolar
15 Yanvar 2019 07:36 SosialKənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının seleksiya bağında iri həcmli sitrus meyvəsi - pomelo yetişdirilir.
Axşam.az Azərtac-a istinadən xəbər verir ki, vətəni Cənub-Şərqi Asiya olan, ölkəmizdə isə yalnız cənub bölgəsində yetişdirilən pomelo sitrus meyvəsinin çəkisi 2 kiloqrama çatır.
Digər sitrus meyvələri kimi, suya təlabatlı olan pomelonun tərkibi vitamin və minerallarla zəngindir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31