"Natavan kişi kimi qızdır, ona görə onu sevirəm"

"Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər".
 

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Dado Əliyev "Səhər-səhər" verilişində qonaq olarkən deyib. Müğənni Natavan Həbibi ilə ailəli olan sənətçi boşanma xəbərlərindən yorulduğunu söyləyib. 

Proqram zamanı Dado Natavana sevgisindən söz açıb:

"Natavan mərd, kişi kimi qızdır. Qızlarla çox münasibətdə olmamışam. Ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31