Qəbələdə epizootiya əleyhinə profilaktik tədbir aparılır

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hazırda Dövlət Baytarlıq Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsi 2019-cu ilin tədbirlər plana uyğun olaraq rayonda heyvanlar arasında profilaktik peyvəndləmələrə başlayıb. Peyvənd vasitələri baytarlıq tədbirlərinin səmərəli və keyfiyyətlə aparılması üçün "soyuq zəncir" rejimi gözlənilməklə sahələrə termocamadanla daşınır və heyvanlara təmənnasız olaraq tətbiq edilir. İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bundan başqa iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Həmçinin sahibli ev itlərində quduzluğa qarşı profilaktik tədbirlər aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31