Aİİ-də şəhid ailələri ilə görüş təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsində qətlə yetirilmiş şəhid ailələri ilə görüştəşkil olunub. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, tədbiri giriş nitqi ilə açan İnstitutunrektoru Ceyhun Məmmədov tarixən ölkəmizdə mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. O bildirib ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "20 Yanvar" faciəsində qətlə yetirilmiş şəhid  ailələri ilə görüştəşkil olunub.  "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, tədbiri giriş nitqi ilə açan İnstitutunrektoru Ceyhun Məmmədov tarixən ölkəmizdə mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib.   O bildirib ki, təhsil müəssisəsi gənclərin milli  və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

C.Məmmədov qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış "20 Yanvar"ı milli matəm, hüzn günü kimi qeyd etməyimizə baxmayaraq, bu hadisə, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq salnaməsidir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev  "20 Yanvar" faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş  vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında bildirib ki, hər il "20 Yanvar" faciəsinin qeyd edilməsi barədə Dövlət Proqramı hazırlanır və bununla bağlı olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31