Bu kəsmik hələ bu istehsal olunacaq - Dünən isə marketlərdə satılıb...
13 Yanvar 2019 07:23 SosialZabrat qəsəbəsində yerləşən böyük marketlərin birində qida məhsulunun istehsal tarixində olan problemlə bağlı redaksiyamıza fotolar göndəriblər.
Avtosfer.az xəbər verir ki, foto 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan "Ayxan" marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ bu gün istehsal olunacaq, amma dünəndən satılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31