Vaxtı keçmiş peyvənd qalmaqal yaratdı - 17 səlahiyyətli cəzalandırıldı
12 Yanvar 2019 15:03 SosialÇinin Ciangsu əyalətində 145 uşağa istifadə tarixi keçmiş uşaq iflici peyvəndi vurulduğuna görə yüzlərlə insan etiraz aksiyası keçirib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aralarında peyvəndlərin vurulduğu uşaqların valideyninin də iştirak etdiyi aksiyada yüzlərlə insan Li Çınq xəstəxanası və yerli hökumət binalarının çevrəsində aksiya keçirib.
Cinhuda 3 ay ilə 4 yaş arasında olan 145 uşağa istifadə tarixi keçmiş peyvəndlərə görə təşkil olunan aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Həmin peyvəndlərə görə 17 səlahiyyətli şəxs cəzalandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31