İntihar etdiyi deyilən şəxs zavod direktoru imiş
12 Yanvar 2019 14:40 SosialXəbər verdiyimiz kimi, deputat Aqil Abbasın qudası dünyasını dəyişib.
"Qafqazinfo" həmin şəxsin kimliyini araşdırıb. Məlum olub ki, söhbət Siracəddin Həsənovdan gedir. S. Həsənov 1948- ci ildə anadan olub. O, uzun illər neft maşınqayırması sənayesində çalışıb.
Son illərə qədər Zabrat Maşınqayırma Zavodunun İdarə Heyətinin sədri olub. Yeni Azərbaycan Partiyasının ilk üzvlərindəndir. Həsənov eyni zamanda, Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Siyasi Şuranın üzvü olub.
Xatırladaq ki, Siracəddin Həsənovun intihar etməsi ilə bağlı məlumatlar yayılıb, lakin Aqil Abbas bu informasiyanı təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31