Bu gün hamilə olduğunu öyrəndi, səhəri gün ana oldu - Azərbaycanda qəribə hadisə
12 Yanvar 2019 07:33 SosialAzərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.
Qafqazinfo-nun məlumatına görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın 9 aylıq hamilə olduğunu öyrənib.
Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə 2 kq 900 qram çəkidə doğulub.
Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31