“Tərəqqi” ictimai birliyi “Hökumətlə görüş” mövzusunda tədbir keçirib

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi, tərəfdaşı "Region" Beynəlxalq Analitik Mərkəz və Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı layihəsi"nin icrasını davam etdirir. Cebhe.info xəbər verir ki, layihə çərçivəsində dekabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində "Hökumətlə görüş" mövsusunda tədbir həyata keçirib. Tədbir də"Azərbaycanda QHT-lərin vergi qanunlarına yeni dəyişiklik ilə bağlı uzləşə biləcəyi problemlər" mövzusu müzakirə edilib. Tədbirdə Vergi Nazirliyinin nümayəndəsi və ekpertlərin çıxışları dinlənilib. Sonra iştirakçıları maraqlandıran suallara cavab verilib. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhfə vermək, QHT-lərin fəaliyyətinin gücləndirilməsi məsələsində ciddi irəliləyişlərə nail olmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31