Məşhur aparıcı Elgiz Əkbər "İnstagram" sosial şəbəkəsindəki hesabında açdığı canlı yayım zamanı yerə yıxılıb.A24.az xəbər verir ki, "Yeni il"i Şəkidə yerləşən Marxal istirahət mərkəzində qarşılayan aparıcı sosial şəbəkədə açdığı canlı yayım zamanı qəza ilə üzləşib. İstirahət zamanı qar üzərində rəqs edən E.Əkbər ayağı büdrəyərək yerə yıxılıb.
Onun bu görüntüləri sosial şəbəkədə paylaşılaraq gülüş hədəfinə çevrilib.
Qeyd edək ki, bir müddət əvvəl E.Əkbərin sözügedən istirahət mərkəzinin gecə klubunda rəqs edən zaman görüntüləri yayılmışdı.