Ələt-astara yolunda sərnişin avtobusu YANIB KÜL OLDU – VİDEO
31 Dekabr 2018 09:15 SosialYeni Ələt-Astara magistral yolunda sərnişin avtobusu yanıb.
A24.az xəbər verir ki, hadisə magistral yolun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Lerik rayon sakini Arzuman Cankişi oğlu Kişiyevin idarə etdiyi 99-MF-342 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusda hərəkətdə olan zaman yanğın başlayıb.
Yanğın qısa müddətdə maşını tamamən bürüyüb.
Yanğın hadisə yerinə gələn FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə bölməsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31