Dünyanın ən nadir quşu aşkarlanıb - VİDEO
29 Dekabr 2018 21:24 SosialBraziliyanın tropik meşələrində Ştrezemann topakolosu - planetin ən nadir quşlarından biri aşkarlanıb.
Bu haqda "Science Alert" məlumat yayıb.
Ornitoloqlar dekabr ayında dimdiyi üzərində özünəməxsus kəkili olan quşu iki dəfə müşahidə edib. Bu həmin quşun nəslinin kəsilməsinin qarşısının alınacağına yeni ümidlər yaradır. Hazırda Yer üzündə olan topakoloların populyasiyası barmaqla sayılacaq qədərdir.
İddiaya görə, Amerika Quşların Qorunması Təşkilatının aşkarladığı topakolo bu növdən olan sonuncu dişidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31