Əməkdar artistin ərinin ölümünə səbəbkar olan şəxs 27 ildən sonra ondan halallıq istədi - VİDEO
29 Dekabr 2018 08:08 SosialATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan Əməkdar artist Gülüstan Əliyevanın görüşünə gələn Sərraf Əliyev adlı şəxs 27 ildən sonra ondan halallıq istəyib. İllərdir vicdan əzabı çəkən 69 yaşlı Sərraf Əliyev qeyd edib ki, Qarabağ müharibəsi zamanı o, Gülstan Əliyevanın mərhum şəhid həyat yoldaşı Zahid Əhmədovla bir kənddə vuruşub. S. Əliyevin sözlərinə görə, Zahidin müharibədə vəfat etməsinə məhz o səbəbkar olub. Belə ki, onun səhlənkarlığı nəticəsində Zahid Əhmədov minaya düşüb və həyatını itirib.
Əməkdar artist Gülüstan Əliyeva və mərhum şəhid həyat yoldaşı Zahid Əhmədov
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31