Yaxın dostların beyni eyni cür çalışır

Yaxşı dostların eyni dalğaya kökləndiyinə dair köhnə bir inam mövcuddur, lakin indi alimlər bu inamın elmi həqiqət olduğunu isbat ediblər. Bu barədə "The Mail" yazıb. Maqnit rezonans tomoqrafiyasının nəticələrinə görə, yaxşı dostlar videokliplərə, komediyaya baxarkən və ya musiqi dinləyərkən onların beyinləri eyni dalğaya köklənir.

Tədqiqatın aparıcı alimlərindən Carolyn Parkinson deyib ki, bu təcrübə yaxın dostların ətraf aləmi müstəsna olaraq bənzər şəkildə qəbul etdiklərini göstərib. Tədqiqat zamanı aparılan təcrübədə 280 tələbə könüllü iştirak edib.

Araşdırmanın başqa bir müəllifi professor Thalia Wheatley deyib ki, "insanlar sosial canlıdırlar və bu mənada onlar bir-birinə bağlıdırlar".

"Əgər biz insan beyninin necə işlədiyini öyrənmək isrtəyiriksə, onda beyinlərin birlikdə necə işlədiyini tədqiq etməliyik. Bizim beyinlərimiz bir-birini formalaşdırır" -alim deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31