Naxçıvan şəhərinə ilk qar yağıb
28 Dekabr 2018 17:03 SosialDekabrın 28-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb. Qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.
Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.
Qeyd edək ki, ötən il muxtar respublikanın ərazisinə ilk qar dekabrın 7-də, 2016-cı ildə isə oktyabrın 26-da yağıb.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31