Əl telefonu asılılığından xilas olmağın yolu

İnsanlar hər gün daha çox mobil telefonlarına vaxt ayırırlar.

Bəzi statistikalara görə bir günün 10%-ni telefonlarımıza baxaraq keçiririk. Google və Apple insanların telefonlarını sağlam istifadə edə bilməsi üçün yeni yollar axtarır.

Həm Apple, həm də Google telefona ayrılan zamanı göstərən tətbiqlər hazırladı: Screen Time (Ekran müddəti) və Digital Wellbeing (Rəqəmsal sağlamlıq). Bu vasitələr sayəsində cihazda olan tətbiqlərə xərclənən zaman və cihazın istifadə sıxlığı məlumatına çatmaq mümkündür.

Google şirkətinin Londonda yaşayan proqram mühəndislərindən Rouz La Preyr yeni tətbiqin hazırlanmasında iştirak etmiş bir proqramçıdır. Rouz La Preyr verdiyi şərhdə bu barədə belə dedi: "İşin bir qisimi tənqidi olmadan, bu yaxşıdır, ya da bu pisdir demədən bir qiymətləndirmə etmək idi. Bəzi insanları üçün bu məlumatları görmək kifayətdir. Telefonlarında nə qədər çox zaman keçirdiklərini göstərən bir xəbərdarlıq olur".

Bəzi şirkələr isə, problemi daha kiçik ekranlı telefonlarla həll edə biləcəklərinə inanır. Texnologiya mütəxəssisi Ben Vud, mövzunun iradə gücündə bitdiyinə inanır. Deyerler.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31