Ramiz Əzizbəylinin barmağı amputasiya edildi
28 Dekabr 2018 06:18 Sosial"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir".
Axşam.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.
Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb:
"Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır".
Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31