Azərbaycanda telekanal bağlandı
27 Dekabr 2018 17:25 SosialMilli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan verilən məlumata görə, iclasda "Türkel TV" MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə "Türkel TV" MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq "REGİON TV" MMC-yə ümumrespublika televiziya yayımı üçün verilən 4 mart 2014-cü il tarixli və "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilən 27 dekabr 2017-ci il tarixli lisenziyaların "ARB 24" MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31