Daha bir məşhur "Maşın"a vida etdi

ATV-də "Hind kinosu" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar bu gün səsverməyə Səmra Rəhimlini çıxarıblar.

Səmra səs topladığı təqdirdə verilişdən kimi çıxaracağını açıqlamayıb. O, sonda 79,06 faiz səs toplayaraq finala 1 gün qalmış Xose Bernardonu oyundan uzaqlaşdırıb.
 

Xatırladaq ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni müğənni Səmra Rəhimli, aparıcılar Ranar Musayev, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğlu davam etdirir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31