"Yanımda sönük qalan zavallı..." - Təranə təhqir etdi
27 Dekabr 2018 04:49 SosialMüğənni Təranə Qumral sosial şəbəkədə qalmaqallı açıqlama yayıb. Axşam.az-ın məlumatına görə, sənətçi ad çəkmədən onunla küsülü olan ifaçını təhqir edib:"Efirə qorxudan mənimlə çıxa, olduğum yerə gələ bilməyən, hətta yanımda sönük qala biləcəyini hiss edən zavallıcıq sadəcə, sənə yazığım gəlir və gülürəm. Sən bunu göz görə-görə özün hərəkətlərinlə etiraf edirsən. Ətrafına yığdığın adamları da ya pulla, ya da hədiyyələrinlə saxlamısan. Çünki sən heç kimə lazım olmadığını bilirsən. İnanıram ki, məktub düz ünvana gedəcək".Qeyd edək ki, Təranə illərdir əməkdar artist Könül Kərimova və müğənni Nazəninlə qalmaqal yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31