“Sabitlik və rifah naminə siyasət” kitabı təqdim olundu

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin müəllifi olduğu "Sabitlik və rifah naminə siyasət" kitabının təqdimatı keçirilib.

Olaylar.az bildirir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru Əli Həsənov, rəyçilər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, redaktoru "Azərbaycan" qəzetinin şöbə müdiri, əməkdar jurnalist Bəxtiyar Əzizlidir.

"Təhsil" Nəşriyyatında dərc edilən kitab Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ithaf olunub. Kitabda əbədi müstəqilliyimizin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır, sabitlik və rifaha aparan dövlət siyasətinin ölkə başçısı tərəfindən müəyyən edilmiş hədəflərindən bəhs edilir.

Tədbirdə Milli Məclisin komitə sədri professor Siyavuş Novruzov, Milli Məclisin üzvləri, akademik Nizami Cəfərov, akademik Musa Qasımlı, müxbir üzv Bəxtiyar Əliyev, professor Elman Nəsirov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Tahir Mirkişili, Dilarə Cəbrayılova, Sona Əliyeva, Ülviyyə Ağayeva, Jalə Əliyeva tanınmış elm xadimləri, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, professor Rəna Mirzəzadə, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, tanınmış ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31