Tərtərdə epizootik tədbirlər başa çatdırılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər aparılıb.
26 Dekabr 2018 12:39 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində lazımı tədbirlər aparılıb. Bu məqsədlə Dövlət Baytarlıq Xidmətinin tərtib etdiyi epizootik planına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndlərmə, diaqnostik müayinələr, dehelmentizasiya, dezinfeksiya və digər tədbirlər aparılır. Nazirlikdən "Olaylar"a bildirilib ki, Tərtər rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması iatiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quşlar saxlanan binalar profilaktiki məqsədlə dezinfeksiya aparılır. Tərtər rayon Bəyimsarov kəndində İbrahimov Habilə məxsus cins heyvan fermasında 3000 kvadratmetr, Hüsənli kəndində Əliyev Məhərrəmə məxsus təsərrüfatda 2600 kvadratmetr, Çaylı kəndində Paşayev Nicata məxsus təsərrüfatda 470 kvadratmetr sahədə profilaktik dezinfeksiya aparılıb.