Məktəblilər üçün bayram şənliyi keçirilib

Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan  Dövlət  Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün  31 Dekabr -Dünya  Azərbaycanlılarının Həmrəylik Gününə  və Yeni ilə  həsr olunan  bayram  şənliyi  keçirilib. "OLAYLAR" xəbər verir ki, bayram şənliyinin ilk günündə valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edib.

Şənlikdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının və Mərkəzin "Məktəb teatrı" dərnək üzvlərinin birgə hazırladıqları "Bremen musiqiçiləri" tamaşası və rəqslər nümayiş olunub. Sonda məktəblilərə Təhsil Nazirliyi və Bakı Kitab Mərkəzi tərəfindən bayram hədiyyələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31