AQTA şimal zonasında görüş keçirəcək
25 Dekabr 2018 15:52 SosialDekabrın 27-də Xaçmaz şəhəri Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki, hüquqşunaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika və s.ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31