Bərdədə epizootik tədbirlər yekunlaşıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud olan epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
25 Dekabr 2018 14:23 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud olan epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, aparılan tədbirlər rayonun 110 yaşayış məntəqəsində yetişdirilən 91 min baş iribuynuzlu heyvan, 140 min baş xırdabuynuzlu heyvan, 500 min başdan yuxarı quş və digər heyvanları əhatə edir. Eləcə də rayon ərazisində heyvanların saxlandığı binalar, binaətrafı ərazilər və rayonda mövcud olan həftəlik diri heyvan satışı bazarında mütəmadi dezinfeksiyası, dezinseksiyası işləri görülür. Qışlama və növbəti ilə hazırlıqla əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən 2130 baş heyvan saxlanılan "RVR-LTD" MMC, 1100 baş heyvan saxlanılan "Şəhriyar" fermer, 750 baş heyvan saxlanılan "SANİ" kəndli fermer və 480 baş cins heyvan saxlanılan "NÜSR-ƏT Aqro" MMC-də epizootik tədbirlərlə yanaşı, həmin təsərrüfatlarda 6500 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.