Şagirdlərin orta məktəb qiymətlərinə və buraxılış imtahanlarına marağı artacaq – Təhsil eksperti

Kamran Əsədov : "2019-cu ildə tətbiq olunacaq yeniliklər təhsildə islahatlar prosesinin tərkib hissəsidir"

"Bildiyiniz kimi 2019-cu ildən DİM ali məktəblərə qəbul imtahanlarında ciddi şəkildə dəyişiklik edəcək. Yenilik bundan ibarətdir ki, Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə - tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında təhsik eksperti Kamran Əsədov deyib.

O bildirib ki, bu dəyişiklik labüd idi: "2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin I siniflərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlandı. Yeni sistemdə təhsil alan ilk şagirdlər bu il - 2017-ci ildə respublikada icbari təhsil səviyyəsini (IX sinfi) başa vurdular. Bu imtahanlarda respublika şagirdlərinin dil bacarıqları və riyazi bacarıqlar üzrə səviyyələrini öyrənmək, həmin bacarıqları daha dəqiq və etibarlı ölçə biləcək qiymətləndirmə mexanizmini işləyib hazırlamaq məqsədilə onlara yazı işi (eləcə də esse) tapşırıqları təqdim edilmişdi. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayır. Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsində monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanır. Bütün bunlara görə 2019-cu ildə tətbiq olunacaq yeniliklər təhsildə islahatlar prosesinin tərkib hissəsidir".

Təhsil eksperti DİM tərəfindən elan edilmiş 2019-cu ilin qəbul imtahanları üçün ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqları qeyd edib:

"Təmayüllər üzrə siniflər bölünəndə Riyaziyyat-iqtisadiyyat yəni II Qrup istiqamətində dərslərdə Ümumu tarix nəzərdə tutulmayıb və dərs setindən çıxarılıb.Yeni qaydalarda isə II Qruplarda Ümumi tarixdə daxil olmaqla Tarix fənnindən imtahan olacaq.Əvvəllər isə Azərbaycan tarixindən imtahan olurdu. Yəni 2019-cu ildə şagird təmaüldə keçirilməyən fəndən imtahan verməli olacaq. 

Bundan əlavə, 2019-cu ildə tətbiq olunacaq yenilikdə ixtisas qurupundakı fənlərdə say uyğunsuzluğu var.

DİM elan etmişdi ki, abituriyentlər 3 fəndən buraxılış, 3 fəndən də qəbul imtahanı verəcəklər. Lakin elan olunmuş ixtisas quruplarında bu gözlənilməyib. Təklif olunan yenilikdə bu vəziyyət yaranıb: I mrəhələ Buraxılış imtahanları 3 fənn üzrə Azərbaycan dili (rus dili), riyaziyyat, xarici dil (3 fənn) II Mərhələ I qrup-Riyaziyyat, Fizika. Kimya (3 fənn. Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq, 2 fənn və ümumi 5 fənn) II qrup-Riyaziyyat, Coğrafiya, Tarix (Azərbaycan və Dünya tarixi) (3 fənn. Amma buraxılış imtahanında riyaziyyatın olduğunu nəzərə alsaq,2 fənn. Lakin nəzərə alsaq ki, Orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı ayrı fənlərdir, onda belə çıxır ki, 7 fənn olur şünki 3 fənn də buraxılış imtahanlaındadır) III qrup-Azərbaycan dili, Tarix (Azərbaycan və Dünya tarixi), Ədəbiyyat (Orta məktəbdə ümumi tarix və Azərbaycan tarixi ayrı ayrı fənlərdir, onda belə çıxır ki, 7 fənn olur şünki 3 fənn də buraxılış imtahanlaındadır) IV qrup-Kimya, Fizika, Biologiya (Ən çətin qrup olaraq qalacaq. Cünki 3 fəqli fəndən buraxılış və qəbul imtahanı verəcəklər ki, 4-cu qrupda həqiqətn də 6 fənn prinsipi gözlənilib)." 

Kamran Əsədov onu da deyib ki, uyğunsuzluq bununla bitmir. Heç bir ixtisas qurupunda Xarici dil fənni yoxdur:

"Digər qurupları anlamaq olar. Amma II və III qrupda Xarici dilin olması zəruri idi. Düzdür buraxılış imtahanlarında Xarici dil fənni var, lakin buraxılı. imtahanlarında istifadə olunan test tapşırıqlarının səviyyəsi ilə qəbul imtahanları eyni səviyyədə deyil . Belə ki, buraxılış imtahanları biraz sadə təşkil olunur. Çünki, buraxılış imtahanlarının iştirakçılarının heçdə hamısı qəbul imtahanlarında iştirak etməyəcələr. Onlarln bəzisi təhsilini orta ixtisas təhsili müəssisələrində, bir qismi də xarici ölkələrdə davam etdirəcək. Lakin II və III ixtisaslarda Xarici dil yüksək səviyyədə tələb olunur. Ən azından Regionşunaslıq, Beynəlxalq münasibətlər, Tərcümə, Xarici dil müəllimliyi kimi ixtisaslar üçün ingilis dili yüksək səviyyədə tələb olunur. Hesab edirəm ki, bu problemdən çıxış yolunu qeyd olunan istiqamətlərdə təhsil almaq istəyənlərə Xarici dil fənnindən bal məhdudiyyəti tətbiq etməklə aradan qaldırmaq olar. Əlbətdə ki, təhsili repititorlara xidmət kimi düşünmək olmaz. Ali məktəblərə qəbul əlçatan olmalıdır. Çünki günü gündən repititorluq daha kütləvi forma alır. Bu isə valideyinlərin ciddi şəkildə maliyyə itkisi ilə nəticələnir. Lakin yeniliyin mütərəqqi tərəfi odur ki, şagirdlırin orta məktəb qiymətlərinə və buraxılış imtahanlarına marağı artacaqdır. İndi daha yüksək nəticə əldə etmək üçün buraxılış imtahanlarına ciddi yanaşacaqlar. Amma xarici dillər istiqaməti əvvəlki kimi yüksək səviyyədə kadrları qəbul etməyəcək".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31