Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib
Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib.”Olaylar” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid anaları iştirak ediblər.
25 Dekabr 2018 13:10 SosialNəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib."Olaylar" xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid anaları iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini bildirib.
Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qeyd edib ki, Ulu Öndər 27 il əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməklə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Qurultaydan sonra Ümummilli Liderin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.Tədbir çərçivəsində Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov doğum günü münasibətilə təbrik edilərək hədiyyə təqdim edilib.