Şeyma paylaşımı ilə Acuna mesaj göndərdi
25 Dekabr 2018 06:27 SosialProdüser və aparıcı Acun İlıcalıdan boşanaraq gündəm olan Şeyma Subaşı indi də paylaşımları ilə təəccübləndirir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıqdan sonra qızı Melisa ilə bir müddət Londonda dincələn Şeyma vətəninə geri dönüb. O, ötən gün şəklini hesabında yerləşdirib və bu sözləri ilə hamını çaş-baş salıb:
"Hər zaman bir plana ehtiyacımız olmaz... Bəzən sadəcə nəfəs almağınız, güvənməyiniz, buraxmanız və nə baş verəcəyini görməyiniz lazımdır".
Subaşının bu sözlərini izləyicilər "Acuna mesaj göndərir" kimi dəyərləndiriblər.
Qeyd edək ki, ötən il Acunla nikah masasına oturan Şeymanın bu nikahdan bir qızı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31