"Kamera qarşısında oynayırlar" - Mətanət müğənniləri yıxıb-sürüdü

Axşam.az-ın məlumatına görə, buna səbəb məşhurların keçirilən xeyriyyə tədbirinə qatılmaması olub. Əliverdiyeva "ATV maqazin onlarla" verilişində məşhurlara üz tutub və bunları deyib: 

"Kamera qarşısında başqasınız, kənarda başqa. Kamera qarşısında oynamayın, bir gün sönəcək. Tanıdığım insanlar var ki, gəlmədilər. Gündüz saat 1-də tədbir olmur axı. Yatmaq istəyirlər, ona görə gəlmədilər. O dünyada o qədər yatacağıq ki... Heç kimi xeyriyyə tədbirində görmədim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31