O, Tanrının pıçıltısıdır...
25 Dekabr 2018 00:46 SosialOna nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur...
Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar...
Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır...
Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır...
-1946-cı il dekabrın 15-də Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978-ci ildə Moskvada iki illik kinorejissorluq kursu alıb. "Azərbaycanfilm" film studiyasının baş redaktor olub...
Amma bu tərcümeyi hal ona heç lazım da deyil. O, öz tərcümeyi halını çiyinlərində gəzdirir. Yaxşı əməlləri sağ, pisləri isə solda...
Onu öldürmək mümkün də deyil- cismani ölsə də yaşayanlardandır...
Q, odur- onu Tanrı da yaxşı tanıyır...
O, çoxdan SÖZ-ə çevrilib- İlahinin pıçıltısıdır..
Bu pıçıltını hər adam duya bilməz...
Yeni ilin mübarək, Ramiz Rövşən!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan