Ruhu ağ rəngdə olan insan...
25 Dekabr 2018 00:43 Sosialİnsanı hərəkətə gətirən ruhdur- ruh vücuddan çıxdısa, ömür bitir...
Ruhun 7 xisləti var, hər birinin öz rəngi- ağ, qara, göy, sarı, yaşıl, qəhvəyi, bir də qırmızı...
Biz onlara ad qoymuşuq- təvəzökar, xəbis, mehriban, dönük, təkəbbür, səxavət və sücaət...
Ağ rəng sücaətdirsə, xəbislik qara. Təvəzökarlıq yaşıldır, təkəbbür göy, dönüklük sarı, qırmızı mehriban, səxavətsə qəhvəyi...
Onun payına ağ düşüb- sücaətin rəngidir. Bu rəngdə olan ruh insana cəsarət, qəhrəmanlıq bəxş edir...
Bəli, Rəşid Mahmudov ağ ruhlu ağsaqqal alimlərimizdəndir- cəsarətlidir...
İnsanların ağrı-acısını dilə gətirməyi bacaran şəxs, həm də xalqın SƏSidir...
O, 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində dünyaya gəlib. Orada böyüyüb, boya-başa çatıb.
1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1961-ci ildə oranı əla qiymətlərlə bitirərək, həkimlik fəaliyyətinə başlayıb. Həkim, baş həkim işləyib, sonda Azərbaycan Tibb Universitetində müəllimlik edib, tibb elmləri namizədidir...
Onu hamı milli-mənəvi dəyərlərimizin təəssübkeşi kimi tanıyır. Sehirli qutudan yayımlanan çıxışlarını yəqin ki, siz də eşitmisiz...
O, örnəkdir- çoxları baxıb dərs götürə bilər...
O, ziyalıdır- xalqın problemlərinə biganə qala bilməz...
Onun haqqında çox danışmağa heç ehtiyac da yoxdur- görünən dağa nə bələdçi...
...Hörmətli Rəşid müəllim- Ağ ruhlu ağsaqqalımız, sən xalqını sevdiyin kimi xalq da səni sevir...
Mənəvi dəyərlərimizin təəssübünü çəkən insan, yeni iliniz mübarək!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan