Rusiyada ağır qəza: iki azərbaycanlı öldü

Voronej bölgəsində baş verən qəza ilə bağlı yeni məlumatlar yayımlanıb. 

Bununla bağlı Boruçarsk rayon xəstəxanasından bildirilib. 

Qəza zamanı ölənlərin ikisi də kişidir: "Onlar və yaralanan 7 nəfər Azərbaycan vətəndaşlarıdır. Qəzaya uğrayan mikroavtobus reys üzrə hərəkət etmirmiş. 

Yaralılardan biri reanimasiyadadır, ikisinin vəziyyəti orta ağırdır, dördünə isə amblator yardım göstərilib", - məlumatda qeyd edilib.

Oxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31