460-dan çox məhkuma elektron nəzarət olunur

Hazırda bütün ölkə üzrə 460-dan çox məhkuma elektron nəzarət olunur. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, dövlətimizin başçısına cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il fevralın 10-da imzalanan Sərəncamın icrası üzrə görülən işlər davam etdirilməkdədir. Artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında tətbiq olunan elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar tətbiq edilməkdədir. Hazırda Sərəncama əsasən ictimai işlərin formal icrasının qarşısının alınması, bu sahədə fəaliyyətin səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31