Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər keçirilib

Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda 8 sayli məktəbdə geniş maarifləndirici tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovniki, leytenant Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, psixoloq Ülkər Hüseynova,Qarabağ qazisi Azər Quliyev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənov və məktəbin direktoru Aytən Baxşıyeva  şagirdlər və müəllimlər  iştirak ediblər. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparılıb. Həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli "Narkomaniya-bəşəriyyətin bəlası" adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31