Murad Dadaşov “Maşın”dan çıxan iştirakçını pərt elədi - Foto
24 Dekabr 2018 10:12 Sosial"Maşın" şoudan səs toplayaraq uzaqlaşan müğənni Mina Hüseyn şounun aparıcısı Murad Dadaşov barədə sosial şəbəkədə status yazıb.
Teleqraf.com-un məlumatına görə, Mina bildirib ki, Murad Dadaşovun ad günündə efirə dəvət olunsa da, onun adını efirdə çəkən olmayıb.
Üstəlik, aparıcı onun hədiyyəsini də götürməyib: "Dünən "Maşın şou"da qonaq idim. Murad Dadaşovun ad günü münasibətilə hədiyyə alıb aparmışdım. Bəlkə də son qəpiyimə qədər xərcləmişdim. Şəxsən özü aldığım hədiyyəni geri qaytardı. Üstəlik, efir zamanı bir dəfə də olsun adımı çəkmədi.
Sağ olsunlar, bəlkə onlar özlərini belə hərəkətlərlə dəyərli hesab edirlər, bilmirəm... "Maşın şou" tarixində əsas odur, simamı itirmədim. Dünya malı dünyada qalır. Allah hər kəsə ürəyinə görə versin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31