"Tamaşaçıların qarşısında lütəm" - Eldar

"Çoxdan dəyişiklik etmək istəyirdim. Hətta lap ağ etmək istəyirdim saçlarımı". Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Eldar Qasımov "Show news"a açıqlamasında deyib. Sənətçi saçlarını boyamasından və sosial şəbəkədə onu tənqid edənlərdən danışıb. Eldar ailəsini göstərməyi sevmədiyini də deyib:"Yazılan şərhlərə baş qoşmuram. Sevənlər də, sevməyənlər də var. Məni xoşbəxt edən şeyi edirəm. Sənət dostlarıma deyirəm ki, şərhlərə fikir verməyin. Ailə mənim üçün bağlıdır, olmaz. Tamaşaçıların qarşısında ruhi lütəm, açığam. Amma ailəni açıb göstərməyi xoşlamıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31