Tovuzquşunu 2 milyona satmaq istədi: 12 nəfər həbs edildi
22 Dekabr 2018 11:44 SosialTürkiyə polisi dünən gecə 12 nəfərlik cinayətkar dəstəni həbs edib.
Olaylar.az xəbər verir ki, yəmənli Avad Əli Həsən Al Masri, Yəməndən gətirdiyi almaz və zümrüdlə işlənmiş tovuzquşunu satmaq istəyərkən silahlı şəxslərin hücumuna məruz qalıb.
Onun telefonda iki milyon dollara satmaq üçün razılaşdığı adamlar görüş yerində qiymətli əşyasını əlindən alaraq, özünü də girov götürüblər.
Mart ayından girovluqdan azad edilən Yəmən vətəndaşı polisə müraciət edib. Polisin uzun axtarışları bəhrəsini verib. Dekabrın 16-da bu cinayətdə şüqbhəli bilinən 12 nəfər həbs edilib. Qiymətli tovuzquşu cinayətkarlardan götürülüb.
Yəmənli Avad Əli Həsən Al Masrinin qiymətli əşyası özünə qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31