CNN Batabatdan yazdı
21 Dekabr 2018 15:39 SosialCNN kanalının rəsmi saytında ərəb dilində Batabat haqqında məlumat yerləşdirilib.
Məqalədə Şahbuz rayonu ərazisində yerləşən Batabat gölləri və məşhur Üzən adadan söz açılıb. "Batabatı hər bir azərbaycanlı ailəsi çox yaxşı tanıyır. Əlbəttə siz də gölün ortasında üzən ekzotik adanı görmək şansınızı əldən verməzsiniz" -deyə oxuculara müraciət olunur.
Sonra isə dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşən Batabat gölləri, yaşıllıqlar, ətrafdakı dağ yamacları və rəngbərəng çiçəklərlə örtülü çəmənlərdə ailələrin istirahət etməsi ilə bağlı geniş məlumat verilib. "Batabat gölü yaşıllıqla əhatələnib. Bu gölün ortasındakı yaşıllıq isə ayrıca bir adadır. Bu ada bitki kütləsindən yarandığı üçün gölün dibi ilə bağlılığı yoxdur. Buna görə də suyun üzərində müxtəlif istiqamətlərə üzür. Bu sadəcə əsrarəngiz bir gözəllikdir".



qafqazinfo